Qızıl Meydandakı Lenin mavzoleyi müvəqqəti olaraq bağlanacaq. 

"Unikal" xəbər verir ki, bu barədə abidəyə cavabdeh olan Rusiya Prezidentinin Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Məlumata görə, Leninin cəsədinin nümayiş olunduğu mədəniyyət obyektinin aprelin 23-dən mayın 19-dək bağlanmasına qərar verilib. Muzeyə girişin müvəqqəti məhdudlaşdırılmasına səbəb 9 May şərəfinə keçirilən tədbirlərdir.

Qeyd edək ki, məqbərə sonuncu dəfə 2023-cü ildə bağlanıb.

Ağarza Elçinoğlu