Rusiya ABŞ-la şəxsi maraqlarını nəzərə alaraq danışıqlar aparır; bu dialoqun nəticələri hələ ki, “ya eyforiyaya, ya da ümidsizliyə” səbəb olmamalıdır.
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin çoxtərəfli humanitar əməkdaşlıq və mədəni əlaqələr departamentinin direktoru Aleksandr Alimov deyib.
Onun sözlərinə görə, Amerika tərəfinin Rusiya Federasiyası ilə danışıqlara münasibəti “bir növ eyforik gözləntilərə səbəb olur”.
“Əslində ümidsizliyə qapılmağa, eyforiyaya düşməyə də ehtiyac yoxdur. Biz praqmatist və realist olmalıyıq və başa düşməliyik ki, Rusiya bu danışıqları öz maraqları əsasında aparır.”, - deyə Alimov bildirib.
O əlavə edib ki, Rusiya “müəyyən mənada bu danışıqlara güclü mövqedən girə bilər”.