"Rusiya prezidenti Vladimir Putində ölkəsinin və xalqının maraqlarını hər şeydən üstün tutan qətiyyətli lider görür".
"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidentinin oğlu Bilal Ərdoğan deyib.
"Dünya çətin dövrlərdən keçir. Türkiyə özünü sanki regional münaqişələr arasında tapır. Biz ətrafımızda sülh istəyirik, çünki söhbət qonşu ölkələrdən gedir", - o, qeyd edib.
Dünya Etnoidman Konfederasiyasının rəhbəri olan Türkiyə prezidentinin oğlu Rusiyanı, onun müxtəlif təbiətini, mədəniyyətini və mətbəxini bəyəndiyini qeyd edib.