Bir qrup terrorçu Burkina-Fasoda dövlət çevrilişi etməyi planlaşdırıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik naziri Mahamadou Səna məlumat verib.
“Terrorçu sui-qəsdçilərin planına görə, aksiyalar 2025-ci il aprelin 16-da ölkə düşmənləri tərəfindən muzdlu bir qrup əsgərin Burkina-Faso rəhbərliyinə hücumu ilə başa çatmalı idi”, - deyə nazir bildirib.
Səna əlavə edib ki, çevriliş hazırlığı kəşfiyyat xidmətləri tərəfindən üzə çıxarılıb. Nəticədə çevrilişin iştirakçıları saxlanılıb. Bununla belə, nazirin sözlərinə görə, bir sıra təşkilatçılar hazırda Kot-d'İvuardadır.