Belarusun baş naziri Aleksandr Turçinin aprelin 23-də Tatarıstana (Rusiyaya ərazisində muxtar respublika, - red.) planlaşdırılan səfəri Kazan hava limanında uçuşların müvəqqəti məhdudlaşdırılması səbəbindən təxirə salınıb.

"Unikal" xəbər verir ki,  bu barədə Belarus hökumətinin mətbuat xidməti məlumat yayıb. 

"Nümayəndə heyəti bu gün uçmayacaq", - məlumatda qeyd olunub. 

Səfər çərçivəsində Belarus rəsmisi Tatarıstanın rəhbəri Rüstəm Minnixanov ilə görüşəcəkdi. 

Xatırladaq ki, bu gün Rusiya Müdafiə Nazirliyi Rusiya hava məkanı üzərində Ukraynaya məxsus 11 PUA vurduğunu açıqlamışdı. PUA hücumu səbəbindən Kazan hava limanının fəaliyyəti məhdudlaşdırılıb. 

Gülayə Mecid