Çeçenistan lideri Ramzan Kadırovun 17 yaşlı oğlu Adam Kadırov respublikanın Təhlükəsizlik Şurasının katibi elan edilib. 

"Unikal" xəbər verir ki, onun katib seçilməsi Təhlükəsizlik Şurasının "Teleqram" kanalında paylaşılan bir məlumatda üzə çıxıb. 

"Çeçenistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Adam Ramzanoviç Kadırovun, onun müavinləri Aslan Julaqov və Salambek Abdraşitovun tapşırıqlarının icrası çərçivəsində Rusiya Fövqəladə Hallar Nazirliyinin Çeçenistan Respublikası üzrə Baş İdarəsinin rəisinin birinci müavini Rizvan Zalayev ilə növbəti işgüzar görüş keçirilib", - məlumatda deyilir.

Çeçenistan Respublikasının Təhlükəsizlik Şurasının saytında Kadırovun oğlu artıq katib kimi qeyd olunub.

Ağarza Elçinoğlu