İstanbul ötən gün baş verən zəlzələdən sarsılıb. Türkiyənin tarixi şəhərində 6,2 bal gücündə zəlzələdən sonra 184 afterşok qeydə alınıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, təbiət hadisəsi insanlar arasında panikaya səbəb olub. Zəlzələ zamanı İstanbulun Sultanqazi səmtində iki qrup arasında yol vermək üstündə mübahisə düşüb.
Silahları ilə bir-birinə hədə-qorxu gələn qruplar yeniyetmə oğlanın yaralanmasına səbəb olub. Belə ki, zəlzələdən qaçan 14 yaşlı oğlan yol üstündə mübahisə edən qrupun qurbanı olub. Silahdan açılan atəş təsadüfən yolda qaçan oğlana dəyib. Ağır yaralanan M.U xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Yeniyetmə oğlanı yaralayan şəxs isə avtomobilini yolda tərk edərək qaçıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Gülayə Mecid