Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
"Unikal" xəbər verir ki, keçirilən növbəti profilaktik tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmayan 9 ədəd tüfəngi könüllü olaraq polisə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.