Türkiyədə baş vermiş zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
Qeyd edək ki, İstanbulda maksimum maqnitudası 6,2-yə çatan bir neçə zəlzələ baş verib. Son məlumatlara görə, zərərçəkənlərin sayı 236 nəfər təşkil edib.