Lənkəranda baş verən qəzada xəsarət alanlar var.

"Unikal"ın məlumatına görə, hadisə yeni Ələt-Astara magistralının 166-cı km-də Lənkəran rayonunun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Fiat Doblo" markalı minik avtomobili, eyni istiqamətdə hərəkətdə olan 1997-ci il təvəllüdlü Xəyyam Balayevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində  "Fiat Doblo" markalı nəqliyyat vasitəsində olan Astara rayonunun Maşxan kənd sakinləri 1980-cı il təvəllüdlü Şölə Kamil qızı Novruzova və onun həyat yoldaşı 1971-ci il təvəllüdlü İltiqam Əliağa oğlu Novruzov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Xəsarət alanlara zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev