Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kalas Ermənistan prezidenti Vaaqn Xaçaturyanla görüşüb.
"Unikal" xəbər verir ki, avropalı diplomat bu barədə özünün X hesabında yazıb.
"Mən Romada Ermənistan prezidenti Vaaqn Xaçaturyanla Ermənistana gözlənilən səfərimi müzakirə etdim. Mən Aİ-nin əlaqələrin dərinləşdirilməsinə güclü sadiqliyini bir daha təsdiqlədim və Cənubi Qafqazdakı vəziyyət, o cümlədən regionda sülhün əldə edilməsi və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində səylər barədə fikir mübadiləsi apardım", - deyə o qeyd edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Kaya Kallası qəbul etmişdi.
Ağarza Elçinoğlu











































.jpg)



.jpg)

.webp)
.jpeg)


.jpg)

.jpg)
