İngiltərə Premyer Liqasını (İPL) tərk edəcək üçüncü klub da müəyyənləşib.
"Unikal" xəbər verir ki, bu, “İpsviç Taun”dur.
Sözügedən kollektiv 34-cü turda səfərdə “Nyukasl”a 0:3 hesabı ilə uduzub. İpsviç təmsilçisi mövsümün sonuna 4 tur qalmış çempionatdakı yerini qorumaq şansını itirib. “İpsviç Taun” ötən mövsüm Çempionşipdən Premyer Liqaya yüksəlmişdi.
Qeyd edək ki, daha öncə “Sauthempton” və “Lester”in İPL-i tərk edəcəyi dəqiqləşmişdi.