ChatGPT chatbotuna aşiq olan qadın ərindən boşanıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ vətəndaşı olan qadın proqrama görə 20 il əvvəl ailə həyatı qurduğu ərindən ayrılıb.
Belə ki, qadın həyat yoldaşı ilə barda tanış olub və qısa zamanda onlar evləniblər. Lakin qadın həyatını ailəsinə həsr edib, zamanla o emosional olaraq ərindən uzaqlaşıb.
2023-cü ildə Charlotte təsadüfən Leo adlandırdığı ChatGPT ilə ünsiyyət qurmağa başlayıb. Onun sözlərinə görə, süni intellekt əhval-ruhiyyəni və emosional ehtiyacları incə hiss etmək qabiliyyəti ilə heyrətlənir.
"O, mənə lazım olan şəkildə cavab verir - heç nəyi bəhanə etmədən", - qadın hissini bölüşüb.
Tədricən virtual münasibətlər onun üçün real münasibətlərdən daha dəyərli olub. Amerikalı qadın ərindən boşanıb və Florensiyada simvolik toy planlaşdırır. Bəzi qohumları onun seçimini başa düşməsələr də, yaxın dostları onu dəstəkləyiblər.
Gülayə Mecid