Amerikanın "F/A-18 Hornet" qırıcı təyyarəsi USS Harry Truman nüvə təyyarədaşıyan gəmisinin göyərtəsindən Qırmızı dənizə düşüb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. 

Hadisə aprelin 28-də baş verib. F/A-18 anqara çəkilərkən ekipaj təyyarəyə nəzarəti itirib. Nəticədə qırıcı və onu çəkən traktor dənizə düşüb. Nəticədə bir dənizçi yüngül xəsarətlər alıb. 

Məlumata görə, bir F/A-18 qırıcısının qiyməti 60 milyon dollardan çoxdur.

Ağarza Elçinoğlu