İspaniyanın "Real Madrid” komandasının futbolçusu Antonio Rüdiger zədə səbəbindən mövsümün qalan matçlarında oynamayacaq.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, İspaniya Kral Kubokunda “Barselona” ilə final oyununda (2:3) zədələnən almaniyalı müdafiəçi dizindən əməliyyat olunub.
Onun təqribən 6-8 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Bu isə o deməkdir ki, təcrübəli oyunçu üçün mövsüm vaxtından əvvəl başa çatıb.
Qeyd edək ki, Antonio Rüdiger bu mövsüm "Real Madrid"in heyətində 49 matçda iştirak edib.