"Tehran husilərə verdiyi öldürücü dəstəyin əvəzini ödəyəcək".
"Unikal" xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset deyib.
O, İslam Respublikasının Yəməndə husilərə verdiyi dəstəyə işarə edərək, İrana mesaj göndərib: "Husilərə ölümcül dəstəyinizi görürük. Biz sizin nə etdiyinizi dəqiq bilirik. Siz ABŞ ordusunun imkanlarının nə olduğunu çox yaxşı bilirsiniz. Sizə xəbərdarlıq edilib. Bunun əvəzini müəyyən etdiyimiz vaxt və yerdə ödəyəcəksiniz".
ABŞ müdafiə nazirinin sərt xəbərdarlığı ABŞ və İslam Respublikası arasında danışıqların dördüncü raundundan cəmi üç gün əvvələ təsadüf edir.
Ağarza Elçinoğlu