Amerikalı səyyah 21 yaşlı Lexie Alford dünyanın 196 ölkəsini gəzərək adını Ginnesin Rekordlar Kitabına yazdırıb.

"Unikal" xəbər verir ki, Alford səyahət təcrübələrini "LexieLimitless" adlı "YouTube" kanalında paylaşaraq daha da məşhurlaşıb. 

İzləyicilərindən biri ona "Gəzdiyiniz ölkələrdən hansını daha çox bəyəndiniz?" sualını verib. Alfrodun cavabı isə "Butan" olub. 

Hindistan və Çin arasında yerləşən və dağlarla əhatə olunmuş kiçik bir krallıq olan Butan "dünyanın ən xoşbəxt ölkəsi" kimi tanınır. Əhalisi 800 mindən az olan ölkənin Belçika böyüklüyündə ərazisi olsa da, ancaq 85 faizi meşələrlə örtülüdür. Lexie ölkəni “nəfəs aldığım ən təmiz hava” kimi təsvir edib. 

Gülayə Mecid