Futbol üzrə Qətər millisinin yeni baş məşqçisi məlum olub.

"Unikal" Qətər Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə ispaniyalı mütəxəssis Xulen Lopeteqi gətirilib. Onunla 2027-ci ilədək müqavilə imzalanıb.

58 yaşlı çalışdırıcının əvvəlki iş yeri İngiltərənin "Vest Hem" komandası olub.

Qeyd edək ki, Xulen Lopeteqi “Sevilya” və “Real Madrid” kimi komandalarda da işləyib.