Azərbaycan I Liqasında 24-cü tura yekun vurulub.

"Unikal" xəbər verir ki, turun son günündə 3 matç baş tutub.

Növbəti mövsüm Premyer Liqada çıxış edəcək üç komanda məhz bu gün meydana çıxıblar. "Karvan" artıq çempionluğunu təmin edən "Qəbələ" üzərində inamlı qələbə qazanıb. "İmişli" "Qaradağ Lökbatan"ı üstələyib. "Zaqatala" ilə MOİK-in duelindən isə bölgə təmsilçisi qalib ayrılıb.