"İnter"in hücumçusu və kapitanı Lautaro Martinez Çempionlar Liqasının yarımfinalında "Barselona" ilə mayın 6-da keçiriləcək cavab oyununda iştirak edə bilməyəcək.
"Unikal" xəbər verir ki, bu barədə "Sky İtalia" məlumat yayıb.
27 yaşlı argentinalıya əzələ gərginliyi diaqnozu qoyulub. Bu da onu turnirin əsas oyununu buraxmağa məcbur edəcək. Zədə klublar arasında 3:3 hesabı ilə başa çatan ilk oyunda yaranıb.