Türkiyə millisinin və “Fənərbaxça”nın sabiq futbolçusu Alper Potuk cəzalandırılıb.

"Unikal" xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Şimali Makedoniya Futbol Federasiyası məlumat yayıb.

Məlumata görə, ölkənin "Qostivar" klubunda çıxış edən 34 yaşlı vinger 2 il müddətinə futboldan uzaqlaşdırılıb.

Federasiya isə 34 yaşlı futbolçunun bu hərəkətini ağır cəzalandırıb. Həmin klubun türk prezidenti Enes Usta da eyni cəzanı alıb.