Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar mədəniyyət işçisi Sabir Vəliyev dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, 50 ildən artıq C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışmış Sabir Vəliyev uzun sürən xəstəlikdən sonra vəfat edib.
Sabir Vəliyev Azərbnaycanfilm studiyasının veteran əməkdaşıdır, uzun müddət studiyanın, Dövlət Film Fondunun baş energetiki işləyib.