UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunları bu gün start götürür.

"Unikal" xəbər verir ki, ilk oyun günü Milanda “İnter” İspaniyanın “Barselona” klubunu qəbul edəcək.

Tərəflər arasında gərgin mübarizə şəraitində keçən ilk qarşılaşmada qalib müəyyənləşməyib.

Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

6 may

23:00 “İnter” (İtaliya) – “Barselona” (İspaniya)

İlk oyun: 3:3