"Real Madrid" bu mövsümün sonunda italiyalı mütəxəssis Karlo Ançelottini əvəzləmək üçün ötənilki Almaniya çempionu və kubokun qalibi "Bayer"in ispaniyalı baş məşqçisi Xabi Alonso ilə razılığa gəlib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında 3 illik müqavilə imzalanacaq.

Qeyd olunur ki, Xabi Alonsonun "Kral Klubu"nun transfer siyasətinə heç bir təsiri olmayacaq və bu, klub rəhbərliyinin səlahiyyətində olan məsələdir.

Sebas Parilla və Alberto Encinas Xabi Alonsonun məşqçilər korpusunda yer alacaq.

Ağarza Elçinoğlu