Türkiyənin DEM (Xalqların Bərabərlik və Demokratiya) Partiyasının İğdırdan olan millət vəkili Pervin Buldan avtomobil qəzası keçirib.
"Unikal" xəbər verir ki, yol-nəqliyyat hadisəsi İtaliyanın paytaxtı Romada qeydə alınıb.
Bildirilir ki, hadisə içərisində deputatın olduğu avtomobilin sürücüsünün səhv yola çıxması səbəbindən baş verib.
Deputat qəza ilə bağlı açıqlama verərək, bunun sui-qəsd cəhdi olmadığını açıqlayıb.