Gəncədə həmyerlisinə bıçaqla xəsarət yetirən şəxs tutulub.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

DİN rəsmisinin sözlərinə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində K. Hüseynovun baş nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 27 yaşlı Tofiq Qurbanov saxlanılıb.

Araşdırmalar davam etdirilir.