ABŞ HƏMAS hərəkatının iştirakı olmadan Fələstin dövlətinin yaradılması ilə bağlı mümkün qərar verə bilər.
"Unikal" xəbər verir ki, bu barədə Amerikanın “The Media Line” agentliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası Ər-Riyadda keçiriləcək sammit zamanı Fələstinin tanınması imkanını nəzərdən keçirir.
“Prezident Donald Tramp Fələstin dövləti məsələsi və onun ABŞ tərəfindən tanınması, o cümlədən HƏMAS-ın iştirakı olmadan Fələstin dövlətinin yaradılması ilə bağlı qərarı elan edəcək”, - məqalədə deyilir.
Bildirilir ki, belə bir qərar HƏMAS-ın yeni dövlətin idarə olunmasında iştirak etməyəcəyi şərti ilə müşayiət olunacaq.
Gülayə Mecid