Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb.
"Unikal"ın məlumatına görə, hadisə Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-21015" markalı minik avtomobili hərəkətdə olan zaman yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində Şabran rayonu, Gəndob kənd sakinləri, Elməddin Fərzəliyev və onun qardaşı Əmrəli Fərzəliyev həyatlarını itiriblər.
Hadisə ilə bağlı araşdırma aparılır.
Asiman Qaraca