Kolumbiya hökuməti Panamanın keçmiş prezidenti Rikardo Martinelliyə siyasi sığınacaq verib.
"Unikal" xəbər verir ki, bu barədə Kolumbiya Xarici İşlər Nazirliyi şənbə günü X sosial şəbəkəsində yayımladığı rəsmi bəyanatda məlumat verib.
Sənəddə qeyd olunur ki, Kolumbiya Prezidenti Qustavo Petro Urreqo Martinelliyə sığınacaq verilməsi barədə qərar qəbul edib və bu qərar rəsmi şəkildə Panamanın hökumətinə çatdırılıb.
"Bu qərar insanların müdafiəsi prinsipinə və Kolumbiyanın siyasi səbəblərə görə təqib olunan şəxsləri qorumaq yönündə humanist ənənəsinə əsaslanır", – bəyanatda vurğulanır.
Qeyd edək ki, Martinelli 2009–2014-cü illərdə Panama Prezidenti olub və son bir ildən artıq müddətdə Nikaraquanın Panamadakı səfirliyində gizlənirdi.