"Parlamentin müxalifət qanadının Ermənistan Respublikasının ideologiyasını tam şəkildə qəbul etməsini yüksək qiymətləndirirəm. Bizim müxalifət qanadımız artıq Dağlıq Qarabağdan danışmır, Qarsdan danışmır, Ermənistan Respublikasından kənarda olan başqa şeylərdən danışmır, yalnız Ermənistan Respublikasının daxilindəki problemlərdən danışır". 

"Unikal" xəbər verir ki, bunu erməni deputat Vaaqn Aleksanyan deyib. 

"Beləliklə, real Ermənistan ideologiyası bir neçə ay ərzində Ermənistan Respublikasında tam qələbə qazandı. Bizim müxalifət bu qələbənin parlaq sübutudur", - deyə o qeyd edib. 

Ağarza Elçinoğlu