"Barselona"nın baş məşqçisi Hans-Diter Flik La Liqanın 35-ci turunda "Real"a qalib gəldikləri oyun (4:3) haqqında danışıb.

"Unikal" xəbər verir ki, mütəxəssis oyunun çox gərgin keçdiyini deyib:

"Bu qələbə azarkeşlərin və futbolçularındır. Fantastik oyun keçdi. "Real" əla komandadır. Biz 0:2-dən sonra geri dönüş etməyi bacardıq. Və bu, "İnter"lə matçdan - 120 dəqiqəlik mübarizədən sonra oldu. Asan deyildi, amma əla iş gördük. Düşünürəm ki, ürəyimi yoxlatdırmalıyam! Komandamızn müdafiə xəttini ciddi şəkildə təkmilləşdirməliyik. Səhv etsək, hər şey çox çətinləşir".