PSJ-nin cinah oyunçusu Usman Dembele Fransa çempionatının ən yaxşı oyunçusu seçilib.

"Unikal" xəbər verir ki, 27 yaşlı hücumameyilli yarımmüdafiəçi cari mövsümdə 28 oyun keçirib, 21 qol vurub və 8 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Usman PSJ-nin heyətində vaxtından əvvəl Fransa çempionu olub və Çempionlar Liqasının finalına yüksəlib.