Çeçenistan lideri Ramzan Kadırovun oğlu Adam Kadırov "Axmat-Qroznı" OMON-un 25 illiyi münasibətilə xatirə medalı ilə təltif edilib.
"Unikal" xəbər verir ki, bu barədə Ramzan Kadırov paylaşım edib.
Adam Kadırov 2023-cü ilin noyabrından Çeçenistan rəhbərinin Təhlükəsizlik Xidmətinə rəhbərlik edir. Həmin ilin oktyabrında o, Çeçenistan Respublikasının Qəhrəmanı adına layiq görülüb, 2024-cü ilin avqustunda isə respublikanın ali mükafatı olan Kadırov ordeni ilə təltif edilib.