Rusiya qoşunları Ukraynanın paytaxtı Kiyevə və Donetsk vilayətinə kütləvi zərbələr endirməyə başlayıb.

"Unikal" xəbər verir ki, nəticədə böyük yanğınlar başlayıb.

Rusiya mənbələrinin məlumatına görə, vurulan hədəflər arasında hava hücumundan müdafiə qərargahı, Arsenal zavodu və Ukrayna Hərbi Dəniz Qüvvələrinin logistika mərkəzləri olub.

Xarkov hava hücumundan müdafiə zabitlərinin qərargahının yerləşdiyi “Britannia” restoranına da zərbələr endirilib. Odessa vilayətində yanacaq-sürtkü materialları olan anqarlar (yanğın sahəsi 200 kv.m) və Ukrayna Hərbi Dəniz Qüvvələrinin Malodolinskoye və Aleksandrovkadakı təlim mərkəzləri məhv edilib.

Raketləri saxlayan “Arsenal” zavodu və Ukrayna ordusu üçün mühəndis konstruksiyaları istehsal edən “Betonetalon” müəssisəsi də zədələnib.