ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında səfərdədir. 

"Unikal" xəbər verir ki, Ər-Riyadda keçirilən Səudiyyə-Amerika İnvestisiya Forumunda iştirak etmək üçün gələn Trampı "Blackrock"un baş direktoru Larri Fink və "Tesla"nın rəhbəri və prezidentin baş müşaviri İlon Mask da daxil olmaqla, yüksək səviyyəli amerikalı iş adamları müşayiət edir. 

Lakin Trampın səfəri zamanı diqqət çəkən hadisə yaşanıb.  Belə ki, o, Səudiyyə Ərəbistanı ənənəsi olan görüşlər öncəsi keçirilən qəhvə mərasimində təklif edilən qəhvəni içməyib. 

Şahzadə Salman xüsusi ədviyyatlı Səudiyyə qəhvəsini bir anda içərkən, Tramp qəhvə fincanını əlində tutmaqla kifayətlənib. 

Şahzadə Salman bir müddət Trampın qəhvə içməsini gözləyib, lakin Trampın qəhvə içməyəcəyini görəndə danışmağa davam edib. Bu zaman Tramp dolu fincanı yaxınlıqdakı stolun üzərinə qoyub.

Qeyd edək ki,  Tramp daha əvvəl heç vaxt qəhvə içmədiyini bildirmişdi. Qəhvəni spirt və siqaretlə eyniləşdirən Tramp, qardaşının ölümünə görə qəhvənin məsuliyyət daşıdığını bəyan edib.

Gülayə Mecid