Boks üzrə dünya çempionu Aleksandr Baxtinin oğlu Zahar Baxtin Moskva yaxınlığındakı Balaşixada sevgilisi Sofiya ilə avtomobil qəzasına düşüb.
"Unikal" xəbər verir ki, bu barədə "Mash" Teleqram kanalı yazır.
Mənbənin bildirdiyinə görə, 19 yaşlı Baxtin idarəetməni itirərək avtomobili bordürə çıxarıb və ticarət mərkəzinə çırpılıb. Sevgilisi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və reanimasiyadadır.
Zahar Baxtin də reanimasiyaya yerləşdirilib. Eyni zamanda, onun barəsində “Sağlamlığa ağır zərər vurmaqla nəticələnən yol hərəkəti qaydalarını pozma” maddəsi ilə cinayət işi açılıb. Onu iki ilə qədər həbs gözləyir.