Bu gün İstanbulda Rusiya-Ukrayna danışıqlarının keçiriləcəyi gözlənilir. Görüşlərin vaxtı ilə bağlı hələlik rəsmi məlumat yoxdur.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
***09:36
İstanbulda Ukrayna üzrə danışıqların başlaması Bakı vaxtı ilə təxminən saat 11:00-a planlaşdırılıb.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Agentliyin məlumatına görə, danışıqlar mətbuata bağlı qapılar arxasında aparılacaq.
Rusiya və Ukrayna arasındakı danışıqlar 2022-ci ildə olduğu kimi İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyasının iş ofisində baş tutacaq.
Gülayə Mecid