Supermodel və iş qadını Bella Hadid Britaniyanın "Vogue" jurnalına müsahibə verib.
"Unikal" xəbər verir ki, model jurnala açıqlamasında ana olmaq istədiyini etiraf edib.
"Ailəm haqqında fikirlərim var. Ana olmaq üçün səbirsizlənirəm. Mən heç vaxt evlilik haqqında xüsusi bir fikirlə böyüməmişəm, amma analıq məsələsində belə bir fikrim var. Bu mənə uyğun gəlir. Düşünürəm ki, bu, məni həqiqətən xoşbəxt edəcək", - model qeyd edib.
Supermodel həmçinin bacısı qızı Gigi Hadidin qızı Khai ilə vaxt keçirməyi çox sevdiyini bildirib.
"Mən onun ən yaxşı xalası olmaq istəyirəm. Bacım super qəhrəmandır", - deyə ulduz əlavə edib.