Ermənistanın Şenqavit rayon bələdiyyəsinin 3 əməkdaşı həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qeyd olunub ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi 11 nəfərin həbs edildiyini açıqlayıb. Bu şəxslər rüşvət vermək və almaq ittihamı ilə həbs ediliblər: "Şenqavit rayon bələdiyyəsinin 3 əməkdaşı həbs edilib, digərləri isə rüşvət verən vətəndaşlardır. Cinayət işi çərçivəsində bu 3 şəxslə yanaşı, yeni həbslərin də olacağı gözlənilir". 

Ağarza Elçinoğlu