Mayın 15-də İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarının çətin olacağına heç kim şübhə etmir.
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, qarşıdan gələn danışıqlarda hər şeyin rəvan və problemsiz gedəcəyinə heç kim zəmanət verə bilməz; əksinə, 2022-ci ildə İstanbul danışıqları zamanı olduğu kimi problemlər olacaq. Diplomat qeyd edib ki, o zaman “başlanğıc prinsiplər” danışıqlar masasına qoyulmağa hazır idi və Böyük Britaniya Ukraynaya münaqişənin həlli ilə yekunlaşa biləcək bu prosesi davam etdirməyi qadağan edib.
Gülayə Mecid