Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 15.05.2025-ci il tarixində saat 07:30 radələrində Xətai rayonu, Babək prospekti ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış daxil olub.

Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi cinsli) baş beyinin travması diaqnozu ilə Kliniki Tibb Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralıya zəruri tibbi xidmətlər göstərilib, müayinələrdən keçirilib. Yaralı stasionar müalicə üçün Neyrocərrahiyyə şöbəsinə yerləşdirilib", - deyə məlumatda qeyd olunub.

***

10:50

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakının Xətai rayonu, Babək prospektində zəncirvari qəza baş verib.

"Unikal"ın məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb.

Qeyd edək ki, hadisə "Toyota Prado", iki "Mercedes" və bir KİA markalı avtomobilin iştirakı ilə qeyə alınıb.

Seymur Əli