Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
"Unikal" xəbər verir ki, iclasda müraciətlərə baxılıb.
Qeyd edək ki, komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.
*** 09:36
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün növbəti iclası keçiriləcək.
"Unikal" xəbər verir ki, bu, komissiyanın sayca 7-ci və cari il üçün nəzərdə tutulan sonuncu iclası olacaq.
Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının 2025-ci il üzrə 6 iclası olub və 700-dən çox müraciətə baxılıb.