Başqırdıstanın Salavat şəhərində “Sveça” müəssisəsinin ərazisində partlayış baş verib. 

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ağır yaralanıb, dağıntılar altında qalan bir nəfərin axtarışları davam edir. 

Fövqəladə Hallar Nazirliyinin rayon şöbəsindən verilən məlumata görə, istehsalat binasında soba avadanlığında təzyiq yaranıb, ardınca partlayış olub və yanğın baş verib. 

Yanğına ikinci dərəcəli mürəkkəblik səviyyəsi verilib. Onun söndürülməsinə 43 nəfər heyət və 17 texnika cəlb olunub. 

Ağarza Elçinoğlu