İngiltərənin “Fulhem” komandası üç futbolçusu ilə müqavilə müddətini yeniləyib.

"Unikal" klubun rəsmi saytına istinadla xəbər verir ki, cinah oyunçuları Harri Uilson, Adama Traore və hücumçu Raul Ximenez daha bir il London təmsilçisinin formasını geyinəcəklər.

“Fulhem” hazırda Premyer Liqanın turnir cədvəlində 51 xalla 11-ci yerdə qərarlaşıb.