Azərbaycanda plastik cərrahiyyə üçün ayrıca mərkəzin yaradılması təklif olunur.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səyyad Salahlı deyib.

Deputat bütün plastik əməliyyatların həmin mərkəzdə aparılması təklifini səsləndirib: "Bir mərkəzi plastik cərrahiyyə xəstəxana təşkil etmək olarmı? Orada əməliyyat edən hər hansı adam Allah deyil ki, səhv edə bilər. Amma o səhvi düzəldən digər həkimlər də o mərkəzdə fəaliyyət göstərsinlər və dərhal qarşısını alsınlar. Hamı da bilsin ki, palstik cərrahiyə üçün hara getməlidirlər. Belə bir mərkəz yaradılsın”.

Anar Kəlbiyev