İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta komandanın gənc futbolçusu Lamin Yamal barədə danışıb.
"Unikal" xəbər verir ki, funksioner vinger haqqında xoş sözlər deyib: “Yamal dahi futbolçudur və parlaq oyunçular qrupunun bir hissəsidir. Komandaya rəhbərlik edir, hər matça diqqətlə yanaşır".
Kataloniya klubu ötən gün La Liqanın 36-cı turunda “Espanyol”a 2:0 hesabı ilə qalib gələrək İspaniya çempionu olub.
Qeyd edək ki, Lamin Yamal bu mövsüm 53 oyunda 17 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.