İstanbulda Rusiya və Ukrayna arasında danışıqlar başa çatıb və nümayəndə heyətləri dağılıb.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Bildirilir ki, hazırda mətbuata açıqlamalar hazırlanır.

***15:04

İstanbulda Ukrayna və Rusiya arasında danışıqlar başlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

Türkiyə prezident administrasiyasının Dolmabaxça sarayında keçirilən danışıqlara Türkiyə tərəfi rəhbərlik edir. 

Xatırladaq ki, bu gün səhər İstanbulda Türkiyə, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında üçtərəfli danışıqlar baş tutub.

Ağarza Elçinoğlu