Ağstafa RİH başçı Seymur Orucovun vətəndaşların növbəti səyyar qəbulunda rayonun hüquq-mühafizə strukturlarının rəhbərləri, aidiyyəti üzrə məsul şəxslər və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

"Unikal" xəbər verir ki, RİH başçısı qəbulda vətəndaşların müraciət və təkliflərini qəbul edib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eyni zamanda, yerli icra hakimiyyətinin səlahiyyətinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində məsul şəxslərə nəzarət qaydasında tapşırıqlarını verib.