Səudiyyə Ərəbistanı çempionatında 2024-2025-ci illər mövsümünün çempionu bəlli olub.

"Unikal" xəbər verir ki, XXXII turda " Əl-Raed”i səfərdə 1:3 hesabı ilə məğlub edən "Əl-İttihad" sona iki tur qalmış çempionluğu təmin edib.

Qalib komandanın qollarını Steven Berqvyin, Danilo Pereira, Əbdülrəhman əl-Abud vurublar.

Bu qələbədən sonra fransalı ulduz futbolçu Benzemanın çıxış etdiyi "Əl-İttihad" 9 xal fərqi ilə 2-ci sırada qərarlaşan "Əl-Hilal"ı qabaqlayaraq turnir cədvəlində liderliyini möhkəmləndirib. “Əl-Raed” isə 21 xalla sonuncu pillədə yer alıb.