Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının “Məhəmməd Hadi küçəsi 49” (6 saylı şəhər poliklinikası) ünvanı üzrə ərazi partiya təşkilatında görüş keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizdə bütün sahələrin, o cümlədən səhiyyənin inkişafından danışıb. Qeyd olunub ki, bu gün Ümummilli Liderin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra ərazi partiya təşkilatının sədr müavini, 6 saylı şəhər poliklinikasının həkim-terapevti Kəmalə Səmədovanın hesabat məruzəsi dinlənilib və təşkilatın ötən dövr üçün fəaliyyəti qənaətbəxş hesab olunub.

Yığıcaqda təşkilatı məsələlərə də baxılıb. Nərmin Qasımova ərazi partiya təşkilatının sədri, Kəmalə Səmədova isə sədr müavini seçiliblər.